Şirkətimiz haqqında məlumat


Viktor Koposov
Chairman of the board of the Law office INLAT PLUS

Şirkətimizdə bir neçə şöbə fəaliyət göstərir: ümumi hüquqi şöbəsi, daşınmaz əmlak şöbəsi və auditorluq şöbəsi. Müştərilərimizə mərkəzi ofisimizdə qulluq göstərməklə yanasıra Şirkətimizin mütəxəssisləri bir sıra latviyalı cəmiyətlərin fəaliyətlərinin hüquqi rəfaqətini həyata keçirərək onların hüquqi xidmətlərinə rəhbərlik edirlər.

 Şirkətimizdə, münaqişəli halların (məhkəmədən əvvəl mübahisələrin və məhkəmə araşdırmaların, dövlət müəssisələri ilə mübahisələrin) həll edilməsində ixtisaslaşmış təcrübəli və ixtisaslı hüquqçular, müxtəlif növlü sənədlərin tərtib edilməsi, kommersiya cəmiyyətlərin qurulması və hüquqi yardımı, daşınmaz əmlak, əmtaa nişanları ilə sazişlərdə, maliyə və bank əməliyatlarında ixtisaslaşmış mütəxəssislər, eləcə də sığorta, gömrük, müəllif və vergi hüquqları üzrə mütəxəssislər, andlı təftişçi və auditor qrubu fəaliyət göstərirlər. Müxtəlif məsələlərin həll edilməsi üçün andlı advokatlar, notariuslar, qiymət qoyanlar, ekspertlər və digər mütəxəssislər cəlb olunur. Şirkətimiz Latviyanın Ticari-sanayi palatasının üzvüdür. 

Şirkətimiz, əhəmiyyətli hüquqi problemləri barədə məqalələri, eləcə də müxtəlif sənədlərin lahiyələrini Latviyanın məşhur kütləvi informasiya vasitələrində daimi çap edir. 

Şirkətimizin mütəxəssisləri, Latviyanın radyosunda, televiziyasında, tədris təşkilatlarında və müəssisələrində mühazirələrlə çıxış edərək, elmi və aydınlaşdırma fəaliyyətləri də göstərirlər.

Şirkətimiz beynəlxalq sərgilərdə iştirak edir, geniş beynəlxalq əlaqələrə malikdir ki, bu da xaricdə lazımlı hüquqi yardım göstərməyə, eləcə də xarici tüccarlara Latviyada kömək etməyə imkan verir.

Şirkətimiz, hüquqçular və tüccarlar arasında geniş yayılmış və məşhurluq qazanmış «Təsərufat və kommersiya müqavilələrin nümunələri», «Sövdələrin tərtibi və daşınmaz əmlakın idarəsi», «İcarə münasibətləri» v.b. kimi kitabların müəllifidir. Adları verilən kitablarda, kommersiya fəaliyətlərdə sövdələr təcrübəsi ümumiləşdirilmiş, müxtəlif sənədlərin nümunələri göstərilmiş, eləcədə vergi qoyulma məsələlərin icmalı aparılmışdır. Bütün kitablar, mövcud olan təcrübələrə əsasən və son illərdə Latviya qanunvericiliyində yer almış dəyişikləri də diqqətə alınaraq yazılmışdır.

Çoxilli peşəli hüquq fəaliyət təcrübəsinə malik olan Şirkətimiz, müştərilərimizin problemlərinin həll edilməsi işlərində ixtisaslı hüquqi yardımı təmin edir. Hər bir müştəri ilə fərdi şəkildə çalışaraq, qoyulan problemlərin həll olunması üçün professional və vicdanlı yanaşmamızı zəmanət edirik. 

Contact information

Address of the office:
Phone:
Fax:
E-mail:
Brivibas 40-15, LV-1050, Riga, Latvia (+371) 67505970
(+371) 26403577
(+371) 67505978 ip@inlatplus.lv
88